Bakıda marketdən seyf oğurlanıb

Bakıda marketdən seyf oğurlanıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 13-də rayon ərazisindəki marketlərin birindən içərisində 1800 manat olan seyfi və 1000 manat dəyərində tütün məmulatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əhmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin götürülüb.

ƏvvəlkiBakıda Yeni il yolkalarının quraşdırılmasına başlanılıb
NövbətiFransanın daha bir terrorçu vətəndaşı Türkiyədən deportasiya edilib