Bakıda “Dəniz Kuboku – 2019” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib

Martın 28-də Hərbi Dəniz Qüvvələrinin qərargahında Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz Kuboku-2019” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib.
Azərbaycan, Rusiya və Qazaxıstanın nümayəndə heyətlərinin qatıldığı konfransda “Dəniz Kuboku – 2019” beynəlxalq müsabiqəsinə hazırlıqla bağlı məsələlər və görüləcək işlər müzakirə olunub. Sonra müsabiqənin keçiriləcəyi təlim-tədris kompleksinə baxış keçirilib.
“Dəniz Kuboku-2019”da iştirak edəcək ölkələrin nümayəndə heyətləri yarışların təşkilinə və göstərilən diqqətə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

ƏvvəlkiParlament “Ümumi təhsil haqqında” qanunu yekun oxunuşda qəbul edib
NövbətiMillət vəkili Naqif Həmzəyev komitəyə üzv oldu