Bakıda baş verən ağır qəzanın görüntüləri yayıldı

Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Oxu.Az xəbər verir ki, hadisə zamanı iki “VAZ 2107” markalı avtomobil toqquşub.

Hadisə həmin yolla hərəkətdə olan avtomobillərdən birində yerləşdirilmiş kameraya əks olunub.

Videodan görünür ki, qəzada iştirak edən “Jiquli”lərdən biri işıqforun yaşıl işığı yanan kimi yolayrıcına daxil olub. Bu zaman digər yolda hərəkət edən “VAZ 2107” də işıqforun qadağanedici nişanına baxmayaraq, yüksək sürətlə yolayrıcından keçməyə çalışıb və qəza baş verib.

Qəza zamanı ölən və ya xəsarət alanlarla bağlı məlumat yoxdur.

[advanced_iframe src=”//baku.tv/embed/14994?” width=”100%” height=”600″]

ƏvvəlkiDİM-də dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək
NövbətiSumqayıtda qətl törədən “Əmioğlu” ləqəbli şəxs saxlanıldı