Bakıda Azərbaycan-Tacikistan biznes forumu keçirilir

İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabirin iştirakı ilə Azərbaycan-Tacikistan biznes forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, biznes forumda hər iki ölkənin iş adamları, biznes strukturlarının təmsilçiləri və dövlət orqanlarının nümayəndələri iştirak edirlər.

Forumun əsas məqsədi öləkələrimiz arasında iqtisadi-ticarət əlaqələrini genişləndirmək, iş adamlarının əməkdaşlığı üçün münbit şərait yaratmaqdan ibarətdir. Forumda kənd təsərrüfatı, sənaye, nəqliyyat, emal sahələrində fəaliyyət göstərən iş adamları və şirkət rəhbərləri iştirak edirlər.

ƏvvəlkiBu gün Xalq artisti Həqiqət Rzayevanın doğum günüdür
NövbətiRəcəb Tayyib Ərdoğan: Türkiyə Azərbaycanın mövqeyini dəstəkləyib və dəstəkləyir