Bakıda 20 Yanvar günü fişəng atan şəxs saxlanıldı

Yanvarın 20-də gecə saat 23 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində naməlum şəxs havaya fişəng atıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən qəsəbə sakini, spirtli içki aludəçisi olan Ə.Məmmədov müəyyən edilərək saxlanılıb.

Onun hərəkətinə hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib.

[advanced_iframe src=”//daytube.az/embed/101905″ width=”100%” height=”600″]

 

ƏvvəlkiUmayra Tağıyevadan qar açıqlaması
NövbətiBTQ ilə yükdaşımalarda ilk dəfə örtülü vaqonlardan istifadə edilib