Bakı-Şuşa-Bakı marşrutu üzrə ilk sərnişin avtobusu yola düşüb

Bakıdan Şuşa şəhərinə ilk sərnişin avtobusu yola düşüb.

AZƏRTAC xəbər verir ki, avtobus Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən 06:30-da Şuşa istiqamətinə hərəkətə başlayıb.

İlk olaraq Şuşaya 2 marşrut avtobusu xəttə buraxılıb. Şuşa ilə yanaşı Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən Bakı-Ağdam-Bakı marşrutları da start götürüb.

Xatırladaq ki, Bakı-Şuşa-Bakı avtobus reysi həftədə iki dəfə həyata keçiriləcək. Bakıdan Şuşaya avtobus bileti 10 manat 40 qəpikdir.

ƏvvəlkiSabirabadda orta məktəbin əsaslı təmirdən sonra açılışı olub
NövbətiAzərbaycanda qanunsuz ödənişli parklanma yeri təşkil edənlər cərimələnəcək