Bakı, Sumqayıt və Abşeron üzrə dekabr ayının pensiyaları ödənilib

Bakı, Sumqayıt və Abşeron üzrə dekabr ayının pensiyaları ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyaçıların dekabr ayı üzrə pensiya vəsaitlərini artıq onların hesablarına köçürüb.

Nazirlikdən “Report”a verilən məlumata görə, həmin pensiyaçılar müvafiq bankların bankomatlarından pensiyalarını əldə edə bilərlər.