Bakı-sərnişin Keşlə mənzilində Texniki nasazlıq aradan qaldırılıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Türk.az-a verilən məlumata görə,Keşlə mənzilində texniki nasazlıq aradan qaldırılıb.

Kəskin hava şəraiti ilə əlaqədar (güclü küləyin əsməsi nəticəsində) bu gün saat
03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki
nasazlıq yaranıb.
Hadisə nəticəsində saat 07:50-də Bakıdan, 08:40-da Sumqayıtdan yola düşməli
olan elektrik qatarları hərəkətdə olmayıb.
Təcili bərpa işlərinə başlanılıb və texniki nasazlıq aradan qaldırılıb.
Hazırda qatarlar cədvəl üzrə hərəkət edirlər.