Bakı-Quba yolunda uzun tıxac yaranıb

Həftə sonu dağlıq ərazilərə qar yağışı ilə bağlı olaraq paytaxt sakinlərinin bir çoxu Quba-Qusar və İsmayıllı-Qəbələ istiqmətlərinə səfərlər etmiş və bugun axşam radələrində Paytaxt istiqmamətlərinə qayıtmaları səbəbindən adı çəkilən yollarda müəyyən sıxlıq müşahidə edilib.

Trend-in məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən əlavə qüvvələr də qeyd olunan ərazilərə cəlb edilib. Qısa müddətdə hərəkət tam bərpa ediləcəkdir.

Qeyd olunan yolda sıxlığın yaranma səbəbi nəqliyyat vasitələrinin çoxluğudur. Başqa hər hansı bir hadisə baş verməyib.

ƏvvəlkiCeyhun Bayramov Rusiyaya işgüzar səfərə gedib
NövbətiAvtomobilin yük yerində külli miqdarda narkotik daşıyan sərxoş sürücü saxlanılıb