Bakı-Pirşağı-Bakı elektrik qatarlarının hərəkət vaxtı məlum oldu

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Türk.az-a verilən məlumata görə,Bakı-Pirşağı-Bakı  qatarı hərəkətə başlayır.

Dekabrın 2-dən Bakı-Pirşağı-Bakı  qatarı hərəkətə başlayır. Belə ki, Sabunçu-Pirşağı-Sabunçu sahəsində infrastrukturun əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar, bu istiqamətdə hərəkət edən  elektrik qatarının marşrutu Pirşağı stansiyasına kimi uzadılır.

Hələlik gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya 8 qatar hərəkətdə olacaq. Tariflər və qatarların hərəkət qrafiki ilə aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz.

Bakı-Pirşağı-Bakı marşrutu üzrə elektrik qatarının tarif cədvəli

İstiqamət

Tarif (manatla)
Ekonom Biznes
Plastik kartla çap olunmuş

biletlə

 

Plastik kartla çap olunmuş

biletlə

 

Bakı-Keşlə (Keşlə-Bakı) 0.40 0.50 1.00 1.10
Bakı-Koroğlu (Koroğlu-Bakı) 0.40 0.50 1.00 1.10
Bakı-Bakıxanov (Bakıxanov-Bakı) 0.50 0.60 1.40 1.50
Bakı-Sabunçu (Sabunçu-Bakı) 0.50 0.60 1.50 1.60
Bakı-Zabrat-1  (Zabrat-1-Bakı) 0.60 0.70 1.60 1.70
Bakı-Zabrat-2  (Zabrat-2-Bakı) 0.60 0.70 1.60 1.70
Bakı-Məhəmmədi-(Məhəmmədi-Bakı) 0.70 0.80 1.70 1.80
Bakı-Pirşağı (Pirşağı-Bakı) 0.80 0.90 1.80 1.90