Bakı Nəqliyyat Agentliyində Xocalı soyqırımının 28–ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

Bakı Nəqliyyat Agentliyində Xocalı soyqırımının 28–ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, anım tədbirində XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı barədə fikirlər səsləndirilib. Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində erməni vandallarının Xocalıda törətdiyi vəhşiliklərə siyasi-hüquqi qiymət verilib. 1994-cü ildə Milli Məclis “26 fevral – Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

Bakı Nəqliyyat Agentliyində Xocalı soyqırımının 28–ci ildönümü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası keçirilir. Ön altı ölkənin parlamenti və eləcə də İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan qərar qəbul edib.

Təbdir çərçivəsində erməni vandallarının Xocalıda dinc insanlara qarşı törətdiyi vəhşliyi özündə əks etdirən “Sonsuz dəhliz” filmi izlənilib.

ƏvvəlkiErmənistanın təcavüzkar siyasətinin mahiyyətini ifadə edən ən qanlı faciə – Xocalı soyqırımı
NövbətiBŞİH mitinqlə bağlı müraciətə cavab verdi