Bakı metrosunda ventilyatorların payız qrafikinə keçirilməsinə başlanılıb

İsti hava şəraitində keçən günlərin geridə qalması səbəbindən Bakı metrosunda ventilyatorların iş rejiminin payız qrafikinə uyğun qurulmasına başlanılıb.

“Report” xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, payız fəslində Bakıda havanın dəyişkən ola biləcəyi nəzərə alınaraq hər gün ventilyatorların iş rejimi xüsusi nəzarətdə saxlanılacaq: “Eyni zamanda, daxildə proqnozlarla bağlı məlumatlara xüsusi diqqət yetiriləcək”.

B. Məmmədov bildirib ki, havanın temperaturu yüksəklərsə metronun ventilyatorlarının stansiya və tunellərdə iş rejiminin dəyişdirilməsi mümkündür: “Bu gündəlik monitorinqlər nəticəsində müəyyənləşdiriləcək”.

ƏvvəlkiSiqaretin sağlamlığa daha bir zərəri aşkar edilib
NövbətiƏrdoğan: “Türkiyə Liviyaya xilasedicilər və 3 təyyarə humanitar yardım göndərəcək”