Bakı Kitab Mərkəzində Aleksandra Reynhardt kitablarının təqdimatı olub

Bakı Kitab Mərkəzində Azərbaycan əsilli alman yazıçısı Aleksandra Azima Reynhardtın “Cəhənnəm mələkləri” və “Müqavilə ilə xəyal” kitablarının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitablar yazıçının ötən il işıq üzü görən “Qəhvə və Süd” romanının davamıdır. Toplanan bütün vəsait xeyriyyəçilik məqsədlərinə yönəldiləcək.

Təqdimat mərasimində xalq yazıçıları Çingiz Abdullayev, Natiq Rəsulzadə, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, kulturoloq Fuad Məmmədov, Bakı Slavyan Universitetinin professoru Flora Naci və başqaları iştirak ediblər.

Qeyd edək ki, Aleksandra Azima Reynhardt Şimali Amerika Yazıçılar İttifaqı və Avrasiya Yaradıcılıq Gildiyasının üzvü, “Parlaq Gələcək” xeyriyyə fondunun təsisçisi və yaradıcısıdır.