Bakı Dairəvi Yolunda qəza baş verib, tıxac yaranıb

Bakı 3-cü Dairəvi Yolunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, avtomobil satışı mərkəzinin yaxınlığında, Lökbatan istiqaməti üzrə yolda iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində yaranan qəza hər iki istiqamət üzrə avtomobillərin sıxlığına səbəb olub.

Qəzada “Toyota” markalı cip və “Nissan Sunny” markalı sedan avtomobillərinə zərər dəyib.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov “Report”un sorğusuna cavab olaraq bildirib ki, hazırda YPX əməkdaşları hadisə yerindədir və sıxlığın aradan qaldırılması üçün tədbirlər görürlər:

“Yolun hər iki istiqamətində yaranan süni sıxlığa digər avtomobil sürücülərinin bir neçə saniyəlik də olsa sürəti azaldaraq qəzanı müşahidə etməsi səbəb olur” – deyə V.Əsədov bildirib

Şöbə rəisi əlavə edib ki, qəzanın ağırlıq dərəcəsi və detalları barədə əlavə məlumat veriləcək.

ƏvvəlkiBu məktəbdə dərslər dayandırıldı
NövbətiKəskin hava şəraiti ilə bağlı Xəzər dənizi akvatoriyasında təhlükəsizlik tədbirləri gücləndirilib