Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Dünyanın daha iki ölkəsində koronavirusa yoluxma faktı qeydə alınıb.

“Report” xəbər verir ki, Belarus və Meksikada koronavirus infeksiyası aşkarlanıb.

Belarus Səhiyyə Nazirliyinin açıqlamasına görə, koronavirus daşıyıcısı İranlı tələbədir. O, Belarusa Bakıdan uçub.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 858 nəfərdir. Virus daşıyıcılarının sayı isə 83 380-dan çoxdur.

ƏvvəlkiSuriyada Əsəd rejiminin əsgərləri bombardman edildi
NövbətiAtəşkəs rejimi 24 dəfə pozulub