Bakıətrafı kənd və qəsəbələrə yeni kanalizasiya xətləri çəkiləcək

“Azərsu” ASC Bakı və ətraf ərazilərdə subasma hallarının qarşısının almaq üçün yağış- kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı layihə həyata keçirməyi planlaşdırır.

Türk.az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.

“Bakıətrafı kənd və qəsəbələrdə kanalizasiya sistemləri demək olar ki yoxdur. Mövcud kanalizasiya xətlərini ya vətəndaşlar, ya da bələdiyyələr çəkib. Bakıətrafı kənd və qəsəbələrə kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı layihələrimiz var. Bu istiqamətdə təkliflər hazırlanır. Yeni layihənin bu il reallaşdırılması planlaşdırılır”.

ƏvvəlkiHavanın qeyri-sabit keçməsinin səbəbi açıqlanıb
NövbətiDonald Tusk: “Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini bundan sonra da dəstəkləyəcək”