“Azerconnect” şirkətindən Türkiyəyə 5 milyon lirə dəstək

“Azerconnect” şirkəti Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə 5 milyon türk lirəsi yardım edib.

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, dəstək Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) göstərilib.

Bu dəhşətli zəlzələdə həyatını itirənlərə rəhmət, yaxınlarına başsağlığı, xəsarət alanlara isə şəfa diləyirik. Türkiyənin bu faciənin fəsadlarını ən qısa zamanda aradan qaldıracağına inanırıq!

“Azerconnect” ölkənin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business – Biznesdən biznesə) şirkətidir.

“Azerconnect” NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

ƏvvəlkiTürkiyədə haqlarında məlumat olmayan dörd azərbaycanlının yeri müəyyənləşib
Növbətiİndiyədək 438 nəfər zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub