AZAL Özbəkistanın Səmərqənd şəhərinə reyslərin yerinə yetirilməsinə başlayıb

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Özbəkistanın Səmərqənd şəhərinə aviareyslərin yerinə yetirilməsinə başlayıb.

Trend xəbər verir ki, Azərbaycan və Özbəkistan siyasi və iqtisadi əlaqələrin fəallaşması fonunda ölkələr arasında uçuşların coğrafiyasının genişləndirilməsi istiqamətində fəal işlərin görülməsini davam etdirirlər. Belə ki, oktyabrın 4-dən Azərbaycanın milli aviadaşıyıcısı AZAL Özbəkistanın daha bir şəhərinə – Səmərqəndə reyslərin yerinə yetirilməsinə start verib.

Qeyd edək ki, dünyanın ən qədim şəhərlərindən biri olan Səmərqəndə uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.