Azad olunmuş ərazilərin bərpasının sosial-iqtisadi konsepsiyası hazırlanıb – Mikayıl Cabbarov

Prezident İlham Əliyevin tapşırığı ilə aidiyyatı qurumlar, o cümlədən İqtisadiyyat Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərin bərpasının sosial-iqtisadi konsepsiyası hazırlanıb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, sənəd müzakirə edilir və hökumətə təqdim ediləcək:

“Həmin konsepsiyaya uyğun olaraq planlaşdırmada əsas tutulan sahələr, şəhərsalma və ərazi qurulması ilə bağlı olan məsələlərdə təbii ki zəruri hüquqi-iqtisadi-maliyyə güzəştləri və təşviqlər sistemi nəzərdə tutulur.

Eyni zamanda, bilirsiniz ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq təxirəsalınmaz layihələr artıq həyata keçirilir. Burada xüsusən dövlət tərəfindən həyata keçirilən yol şəbəkəsi, dəmir yolu, kommunal təchizat kimi məsələləri qeyd etmək olar”.