“Azərxalça” ASC-nin Kürdəmir filialının açılışı olub

Fevralın 12-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev filialın açılışında iştirak edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.

“Azərxalça” ASC-nin Kürdəmir filialının açılışı olubPrezident İlham Əliyev filialda işləyən xalçaçılarla görüşdü.

Sonra dövlətimizin başçısı müəssisədə toxunan xalçanı kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

ƏvvəlkiGülər Əhmədovanın oğlu saxlanıldı
NövbətiABŞ Suriyada Əsədə sadiq qüvvələrin mövqelərini bombalayıb