“Azərkosmos” bu il 24 ölkədən 24 mln. dollar gəlir əldə edib

2018-ci ilin yanvar-noyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 24 ölkəsinə 24 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

“Report” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin dekabr sayına istinadən xəbər verir ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88%-ni təşkil edib. 2018-ci ilin noyabr ayında isə “Azərkosmos” ASC dünyanın 15 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

“Azərkosmos” ASC-nin 2018-ci ilin 11 ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malaziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.

Əvvəlkilham Əliyev Sumqayıtda qaçqın və məcburi köçkün ailələri üçün inşa olunan yaşayış binaları kompleksinin açılışında iştirak edib
Növbətiİnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının iclası keçirilib