Azərbaycanlılar Türkiyədə ev alışını 2 dəfədən çox azaldıb

Bu ilin may ayında Azərbaycan vətəndaşları Türkiyədə 42 mənzil alıb.

“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2019-cu ilin may ayı ilə müqayisədə 48 mənzil və ya 2,14 dəfə azdır.

Ümumilikdə isə yanvar-may aylarında 361 Azərbaycan vətəndaşı Türkiyədə mənzil alıb ki, bu da 2019-cu ilin beş ayı ilə müqayisədə 103 ədəd və ya 22,2% azdır.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında isə Türkiyədə 12 734 əcnəbi əmlaka sahib olub ki, bu da ötən ilin beş ayı ilə müqayisədə 4 718 ədəd və ya 27,03% azdır. Bu ilin may aylarında Türkiyədə 870 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2019-cu ilin may ayı ilə müqayisədə 3 097 ədəd və ya 4,55 dəfə azdır.

2020-ci ilin may ayında Türkiyədə ən çox mənzil alan xaricilər İran vətəndaşları olub. Bu ölkədən olanlar mayda 209, yanvar-may aylarında isə 2 230 mənzil əldə edib.

Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay qardaş ölkədə 143, yanvar-mayda isə 2 102 mənzil alıb.

İlk 3-lüyü Əfqanıstan vətəndaşları tamamlayır. Bu ölkədən olan mayda 48 mənzil, yanvar-mayda isə 746 mənzilə sahib olub.

ƏvvəlkiHəftəsonu rayona üz tutanlar Bakıya qayıdanda tıxac yaratdı
Növbəti18 və 19 iyun tarixlərində ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcəkdir