Azərbaycanın üçqat paralimpiya çempionu Almaniyada daha bir medal qazanıb

Azərbaycan para-üzgüçüsü Roman Saley Almaniyanın paytaxtı Berlində keçirilən dünya seriyasının təsnifat mərhələsində daha bir medal qazanıb.

Milli Paralimpiya Komitəsindən “Report”a verilən məlumata görə, 100 metrə məsafəyə “butterfly” üsulu ilə üzmədə 57.83 saniyə nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Üçqat paralimpiya çempionu daha əvvəl 200 metr məsafəyə sərbəst üzmədə qızıl medal əldə edib.

Əvvəlki“Xarıbülbül” festivalında Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub
NövbətiCəlilabadda yol qəzasında xəsarət alanların son durumu açıqlanıb