Azərbaycanın hərbi nümayəndə heyəti İranda səfərdədir

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin birgə işçi qrupunun Tehran şəhərində ikinci iclası keçirilib.

Azərbaycan Respublikası Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iranlı həmkarları ilə hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər.
Görüşün sonunda birgə işçi qrupun iclasının yekun protokolu imzalanıb.

ƏvvəlkiAzərbaycan Türkiyə ilə aqrar sığortaya dair Niyyət Bəyannaməsi imzaladı
NövbətiÜmrə ziyarəti qadağan olunub