Azərbaycanın gənc gimnastlardan ibarət komandasına “Audience Award” mükafatı təqdim olunub

Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatı çərçivəsində “Audience Award” mükafatı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, “Audience Award” mükafatı qrup hərəkətləri üzrə Azərbaycanın gənclərdən ibarət komandasına verilib.

Komandaya Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova daxildir.

Mükafatın qalibi tamaşaçılar arasında keçirilən səsvermə nəticəsində müəyyənləşib.

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk günündə Azərbaycanın gənclərdən ibarət komandası çoxnövçülük və beş topla hərəkətlərdə bürünc medal qazanıb.

ƏvvəlkiAzərbaycan əhalisinin sayı 10 milyon 138 min 585 nəfər təşkil edib
NövbətiÜmumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri elan olunub