Azərbaycanın çağırışı ilə BMT Baş Assambleyasının fövqəladə sessiyası keçirilir

BMT-nin Nyu-Yorkdakı qərargah binasında Azərbaycanın çağırışı ilə Baş Assambleyanın Fələstin üzrə fövqəladə xüsusi sessiyası işinə başlayıb.

“Report”un ABŞ bürosu xəbər verir ki, 10-cu fövqəladə xüsusi sessiyasının 39-cu plenar iclasına BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensis sədirlik edir.

Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun sədri qismində Azərbaycanın çağırışı ilə baş tutan Baş Assambleyanın xüsusi sessiyasında BMT-yə üzv olan 120 ölkənin, 18 müşahidəçi ölkənin və 10 müşahidəçi təşkilatın nümayəndələri iştirak edir.

ƏvvəlkiPrezident İlham Əliyev 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirak edib
NövbətiAzərbaycan Türkiyə ilə geologiya və dağ-mədən sənayesi sahəsində əməkdaşlığı gücləndirir