Azərbaycan yığması dünya çempionatının qalibi olub

Azərbaycan yığması Bakıda keçirilən çövkən üzrə dünya çempionatının qalibi olub.

Trend xəbər verir ki, millimiz finalda Mərakeş üzərində 4:0 hesablı qələbə qazanıb.

Komandamızın qollarını Tərlan Qurbanəliyev (2), Şamil Budaqov və Şahmar Nağızadə vurublar. T.Qurbanəliyev həm də 6 qolla çempionatın bombardiri olub. Bürünc medalı isə Özbəkistanı 5:0 hesabı ilə məğlub edən Polşa komandası qazanıb.

Beləliklə, Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalı başa çatıb.

ƏvvəlkiPentaqondan xəbərdarlıq: “Yaxın Şərqdə böyük eskalasiya başlayacaq”
NövbətiPrezident İlham Əliyev: Astara çayı üzərindən və Ağbənd ərazisindən keçəcək marşrutlar İranla Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək