Azərbaycan və İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin görüşü olub

Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov İsrailə rəsmi səfəri çərçivəsində oktyabrın 24-də Tel-Əviv şəhərində israilli həmkarı general-leytenant Qadi Ayzenkot ilə görüşüb.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə rəsmi qarşılanma mərasimi keçirilib. Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Qonaqları salamlayan general-leytenant Q.Ayzenkot vurğulayıb ki, İsrail Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir və iki ölkə arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar mövcuddur.

General-polkovnik N.Sadıkov Azərbaycan-İsrail hərbi əlaqələrinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlığın güclənməsinin vacibliyi və dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.

ƏvvəlkiAzərbaycan və İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin görüşü olub
Növbəti“Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi