Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək

Cari il yanvarın 13-14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasında rəsmi səfərdə olacaq.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində yanvarın13-də Azərbaycan Respublikasının, Türkiyə Respublikasının və Pakistan İslam Respublikasının xarici işlər nazirlərinin ikinci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur. Yanvarın 14-də isə Azərbaycanın xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

ƏvvəlkiAzərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gəlib
NövbətiVətən müharibəsindən qayıdan hərbçilərlə bağlı komissiya işə başlayıb