Azərbaycan Silahlı Qüvvələrinin ermənilərə “Aprel mesajı” layihəsinin sonuncu təqdimat tədbiri keçirildi

Bu gün, may ayının 30-da Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Silahlı Qüvvələrinin ermənilərə “Aprel mesajı” mövzusunda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Sumqayıt Dövlət Universiteti tələbələri arasında esse müsabiqəsinin keçirilməsi” layihəsi çərçivəsində Aəzrbaycan Dövlət Pedaqoji Universitetində növbəti təqdimat tədbiri keçirildi. Layihə rəhbəri Səidə Hüseynova layihə haqqında ümumi məlumat verərək bildirdi ki, layihənin həyata keçrilməsində məqsəd Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprel ayında apardığı uğurlu hərbi əməliyyatlar və ermənilər üzərində qazanılmış hərbi psixoloji və mənəvi uğurları Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Sumqayıt Dövlət Universiteti tələbələri arasında keçirilən esse müsabiqəsi vasitəsilə təbliğ etməkdir.

Müsabiqəyə təqdim olunacaq esselər internet saytlarında və sosial şəbəkələr vasitəsilə yayımlanacaq və sonda kitab şəklində nəşr ediləcək. Qaliblərə diplom və qiymətli hədiyyələr – birinci yer üçün 1 nəfərə noutbuk, ikinci yer üçün 2 nəfərə planşet, üçüncü yer üçün 3 nəfərə telefon veriləcək. 9 nəfərə isə həvəsləndirici mükafat olaraq fəxri fərman təqdim olunacaq.

Müsabiqəyə təqdim olunacaq esselər bu elektron ünvana göndərilməlidir: ssp_mtim@mail.ru Müsabiqəyə yazılar may ayının 20-dən avqust ayının 30-dək təqdim olunmalıdır. Qaliblərin mükafatlandırılması, kitabın nəşri və təqdimatı sentyabr ayında olacaq.

Xatırladaq ki, bundan öncə təqdimat tədbirləri Sumqayıt Dövlət Universitetində və Bakı Dövlət Universitetində keçirilmişdir.Xeberdar.net

Azərbaycan Silahlı Qüvvələrinin ermənilərə “Aprel mesajı” layihəsinin sonuncu təqdimat tədbiri keçrildi

ƏvvəlkiRamil Şeydayev Avstriya klubu ilə müqavilə imzalayıb
Növbətiİlham Əliyev 2 sərəncam imzaladı