Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, Prezident İlham Əliyevin Albaniyaya dövlət səfərinin, Prezident Bayram Beqayın isə ölkəmizə rəsmi səfərinin əlaqələrimizin möhkəmlənməsində rolu qeyd edildi. Bu ilin martında Albaniyanin Baş naziri Edi Ramanın ölkəmizə səfərinin əhəmiyyətinə toxunuldu.

Söhbət zamanı Cənub Qaz Dəhlizinin fəaliyyəti və bu layihənin enerji təhlükəsizliyinin təmin olunmasında rolu bir daha qeyd edildi. Azərbaycan tərəfindən Albaniyaya investisiya qoyuluşu məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Görüşdə əlaqələrimizin inkişafında müsbət dinamizm məmnunluqla vurğulandı.

Söhbət zamanı XI Qlobal Bakı Forumunun beynəlxalq əməkdaşlığın güclənməsi işinə xidmət etdiyi qeyd olundu.

ƏvvəlkiBaş nazir Əli Əsədov BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının icraçı direktoru ilə görüşüb
NövbətiBöyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunakdan