Azərbaycan Ordusunun polkovnik-leytenantı qəfil vəfat etdi

Azərbaycan Ordusunun polkovnik-leytenantı dünyasını dəyişib.

Türk.az xəbər verir ki, Quru Qoşunlarının zabiti, Vətən Müharibəsi iştirakçısı, 1983-cü il təvəllüdlü Zülfüqarov Seymur Ənvər oğlu ötən gün qəfil dünyasını dəyişib.

Onun məzuniyyətdə olarkən İsmayıllı rayonunda istirahət vaxtı ürəktutmadan vəfat etdiyi bildirilir.

Allah rəhmət eləsin!

ƏvvəlkiDövlət orqanlarında 73 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
NövbətiErsin Tatar Azərbaycana səfər edə bilər