Azərbaycan Ordusunun parad heyəti Moskvaya yola düşüb

İyunun 24-də keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda iştirak edəcək Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti bu gün Moskva şəhərinə yola düşüb.

Bakıda yekunlaşan hazırlıq məşqlərini hərbi qulluqçularımız digər ölkələrin parad heyətləri ilə Moskvada davam etdirəcəklər.

Qeyd edək ki, hərbi paradda hərbçilərimiz ölkəmizin istehsalı olan silahlarla təntənəli keçidi edəcəklər.

ƏvvəlkiƏlət azad iqtisadi zonasının yaradılması yükdaşımaları artıracaq
NövbətiCOVID-19-a yoluxan Bəhram Bağırzadənin vəziyyəti kəskin pisləşib