Azərbaycan Ordusunun mövqeləri atəşə məruz qalıb

İyunun 16-sı saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür.

ƏvvəlkiMilli Qurtuluş Günündə Heydər Əliyev Mərkəzinin parkında möhtəşəm konsert proqramı təqdim olunub
NövbətiOğuzda güclü külək fəsadlar törədib