Azərbaycan Ordusundan tərxis başlayıb

Bu gündən etibarən Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrdən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasına başlanıb.

Bu barədə “Report”a nazirliyin Mətbuat Xidmətindən bildirilib.

“Müdafiə nazirinin tapşırığına əsasən, ehtiyata buraxılacaq şəxsi heyət Müdafiə Nazirliyinin nəqliyyat vasitələri ilə mütəşəkkil qaydada müəyyən edilmiş marşrutlar üzrə şəhər və rayonlara çatdırılacaq.

Qeyd edək ki, xüsusi karantin rejiminin tələbləri (mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın) nəzərə alınmaqla ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır”, – nazirlikdən bildirilib.

Əvvəlki“Baktelecom” sifarişləri onlayn rejimdə qəbul edir
NövbətiQMİ Ramazan ayının başlaması ilə bağlı fətva verib