Azərbaycan Kuboku: “Qarabağ” növbəti mərhələyə vəsiqə qazanıb

“Qarabağ” Azərbaycan Kubokunda 1/4 finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi 1/8 finalda “Karvan-Yevlax”la qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə üstələyən Qurban Qurbanovun kollektivi növbəti mərhələyə vəsiqə qazanıb.

“Qarabağ” növbəti raundda “Şamaxı” ilə üz-üzə gələcək.

Ölkə kubokunda 1/8 final mərhələsinin oyunlarına dekabrın 4-də yekun vurulacaq.

ƏvvəlkiTürk Dövlətləri Təşkilatının “Xəritəçilik İşçi Qrupu”nun ikinci toplantısı başa çatıb
NövbətiAzərbaycan Ordusunun maddi-texniki vasitələrlə təmin edilməsi qaydası təsdiqlənib