Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib

Yanvarın 12-də Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi ilə Holdinqin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda 2021-ci il ərzində Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək 17 portfel şirkətin rəhbərləri ilə görüş keçirilib və Azərbaycan Prezidentinin 2020-ci il 5 noyabr tarixli Fərmanında şirkətlərə verilmiş tapşırığın icra vəziyyəti və digər cari məsələlər müzakirə edilib.

ƏvvəlkiFHN-in 15 illiyi yubiley medalı təsis edildi
NövbətiVətən müharibəsindən qayıdanlarla bağlı komissiyaya daxil olan müraciətlər açıqlanıb