Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib

Dekabrın 26-da Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş və növbəti mərhələdə veriləcək portfel şirkətlərin korporativ idarə edilməsinə dair prinsip və yanaşmalar, idarəetmə modelləri, struktur və fəaliyyət prinsipləri və dövlət şirkətlərinə dair cari məsələlər müzakirə edilib.

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurası tərəfindən portfel şirkətlərin korporativ idarə edilməsinə dair müvafiq qərarlar qəbul olunub.

ƏvvəlkiXİN-in həbsdə olan iki vəzifəli şəxsi ev dustaqlığına buraxıldı
NövbətiLənkəranda toy məclisi təşkil etmək istəyənlər cəzalandırılıblar