Azərbaycan II Avropa Oyunlarında mübarizəyə başlayıb

Azərbaycan millisi bu gün Belarusun paytaxtı Minskdə start götürən II Avropa Oyunlarında mübarizəyə başlayıb.

“Report” xəbər verir ki, Azərbaycanın kamandan oxatma növündə yeganə təmsilçisi Ozay Qasımova qadınlar arasında klassik oxatmanın fərdi yarışına qatılıb. O, 1/32 finala vəsiqə uğrunda reytinq qarşılaşmasında 47 oxatana qarşı mübarizə aparacaq. Mübarizəyə Bakı vaxtı ilə saat 14:15-də start verilib.

Saat 15:00-da isə boksçuların yarışı start götürəcək. Azərbaycan təmsilçilərinin hər üçü 1/16 finalda ilk görüşünü bolqarıstanlılara qarşı keçirəcək. Tayfur Əliyev (56 kq) Boyan Asenovla, Rahil Məmmədli (91 kq) Radoslav Panteleyevlə, Məhəmməd Abdullayev (+91 kq) Petar Belberovla üz-üzə gələcək.

Qeyd edək ki, ilk yarış günündə boks, kamandan oxatma və basketbol (3X3) üzrə yarışlar olacaq.

ƏvvəlkiBakıda QDİƏT Parlament Məclisi Baş Assambleyasının 53-cü plenar sessiyası işə başlayıb
NövbətiMədət Quliyev Müdafiə Sənayesi Nazirliyinin kollektivinə təqdim edilib