Azərbaycan Hindistana koks nəql etməyə başlayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsalı olan koks bu dəfə Hindistana nəql olunur.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-dən bildiriblər. MMC həmin yükün Gürcüstanın Poti limanına nəqlini davam etdirir.

Koks Keşlə stansiyasında yarımvaqonlara yüklənərək Poti limanına daşınır burada yük gəmilərə aşırıldıqdan sonra dəniz vasitəsi ilə təyinat ölkəsinə çatdırılır.

İlkin olaraq 2021-ci ilin əvvəlindən bu günə qədər 25000 ton koks Hindistana çatdırılır ki, onun axırıncı partiyası 1 min tonu artıq yola salınıb. Bu ayda daha 25000 ton koksun nəql olunacağı nəzərdə tutulub. Vaqon təminatı “Azərbaycan Dəmir Yolları” QSC və “ADY Express” MMC tərəfindən aparılır.

Xatırladaq ki, “ADY Express” şirkəti 2020-ci il noyabr-dekabr aylarında 27000 ton koks Poti limanına daşıyıb ki, həmin yüklər də Çinə nəql edilib.

ƏvvəlkiAzərbaycanın 28 müəssisəsindən Rusiyaya alma tədarükünə icazə verilib
NövbətiBakı Şəhəri üzrə Təhsil İdarəsində İctimai Şura üzvləri ilə görüş keçirilib