Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək

İyunun 24-də Moskvada keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edəcək.

Paradda hərbçilərimizin ölkəmizin istehsalı olan silahlarla təntənəli keçidi olacaq.
Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.

ƏvvəlkiPrezident İlham Əliyev Ağdam rayonunun ərazisindəki “N” saylı hərbi hissədə olub
NövbətiAtəşkəs rejimi 22 dəfə pozulub