Azərbaycan hərbçiləri Gürcüstanda beynəlxalq təlimdə iştirak edirlər

Azərbaycan Ordusunun hərbi qulluqçuları Gürcüstanın Tbilisi şəhərində “Agile Spirit 2023” çoxmillətli hərbi təlimində iştirak edirlər.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, taktiki və komanda-qərargah təlimində 21 ölkənin nümayəndələri iştirak edirlər.

Beynəlxalq təlimdə əsas diqqət qarşılıqlı əlaqədə fəaliyyətlər zamanı döyüş uzlaşmasının təmin edilməsi, təcrübə mübadiləsi və peşəkarlığın artırılması, eləcə də şəxsi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.

Qeyd edək ki, çoxmillətli təlim Gürcüstanda 11-ci dəfədir təşkil olunur.

ƏvvəlkiAzərbaycan XİN-in rəhbəri: Növbəti illərdə ölkəmizə qarşı ikili standartların şahidi olmaq istəmirik
NövbətiAlmaniyada təcili eniş edən “Silk Way Airlines” təyyarəsi uçuşa hazırlaşır