Azərbaycan cüdoçusu bürünc medal qazanıb

Azərbaycanın yeniyetmə cüdoçusu Vüqar Talıbov Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

“Report”un məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı İtaliya təmsilçisi Luici Sentraççio ilə üz-üzə gəlib. Rəqibini ipponla məğlub edən azərbaycanlı olimpiya çempionu bürünc medal qazanıb.

Daha öncə Kamran Süleymanov 60 kq çəkidə gümüş medala sahib olub.

Qeyd edək ki, Vüqar Talıbov 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qalibidir.

ƏvvəlkiDövlət Gömrük Komitəsi GUAM ölkələrinə blokçeyn texnologiyasından birgə istifadəni təklif edib
NövbətiAzərbaycan məhsulları Çindəki idxal sərgisində nümayiş olunacaq