Azərbaycan atleti beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycanın qadın atleti Yekaterina Sariyeva Serbiyanın paytaxtı Belqradda keçirilən “World Athletics Indoor Tour” (Silver Level) turnirində gümüş medal qazanıb.

Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a bildirilib ki, üçtəkanla tullanma növündə qüvvəsini sınayan idmançı 13.33 metr nəticəyə imza atıb. O, bu göstərici ilə fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

ƏvvəlkiBlinken Almaniya, Türkiyə və Yunanıstana səfər edəcək
Növbəti“Türkiyə, tək ürək” kampaniyasında toplanan ianə 101 milyard lirəni keçib