Azərbaycan atleti Balkan çempionatında ikinci yeri tutub

Azərbaycan millisinin üzvü Anna Yusupova Yunanıstanda keçirilən marafon qaçışı üzrə Balkan çempionatında uğurlu çıxışla yadda qalıb.

“Report” xəbər verir ki, atletimiz Afinada təşkil olunan yarışı 2:49:54 göstərici ilə başa vurub.

Bu nəticə ilə Anna Yusupova Balkan çempionatında 2-ci yeri tutub.

ƏvvəlkiXalq şairi Ramiz Rövşən: Azərbaycanda heç vaxt oxucu qıtlığı olmayıb, bu gün də yoxdur
NövbətiDövlət qulluğuna qəbul və fəaliyyətin davamı üzrə imtahanlar keçirilib