Azərbaycanlı hakerlər erməniləri şoka saldı- Bako Sahakyanın “Feysbuk” hesabını ələ keçirib.

Azərbaycanlı hakerlərdən ibarət qrup “Anti-armenia Team” qondarma “Dağlıq Qarabağ Respublikası”-nın “prezidenti” Bako Sahakyanın “Feysbuk” hesabını ələ keçirib.

Hakerlər qondarma “respublika” “prezidentinin” hesabından Xocalı soyqırımı zamanı həlak olanlarla bağlı müxtəlif məlumatlar paylaşdıqdan sonra hesabda öz izlərini qoymağı da unutmayıblar.

Qeyd edək ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.