Azərbaycanın keçmiş Baş Prokuroru vəfat edib

Azərbaycan Respublikasının keçmiş Baş Prokuroru İxtiyar Şirin vəfat edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn sosial şəbəkədə məlumat verib.

İxtiyar Şirin 1952-ci ildə Beyləqan rayonunda anadan olub. 1992-1993-ci illərdə AXC hakimiyyəti dövründə dövlət müşaviri və baş prokuror vəzifəsində çalışıb. 2007-ci ildə Milli Konqres Partiyasının (MKP) sədri İxtiyar Şirin siyasi fəaliyyətdən uzaqlaşıb.