Azərbaycanda qeyri-yeyinti məhsullarının ixracı 70,1 faiz artıb

Cari ilin mart ayı ərzində ölkədə yeyinti məhsullarının ixracı ötən ilin müvafiq ayı ilə müqayisədə 13,6 faiz artaraq 48,8 milyon ABŞ dolları olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qeyri-yeyinti məhsulları üzrə isə ixrac 70,1 faiz artaraq 216,7 milyon ABŞ dolları təşkil edib.