Azərbaycanda COVID-19 əleyhinə vurulan vaksinlərin sayı 1 milyonu ötüb

Azərbaycan Respublikasında daha 43 min 499 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27 min 992, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 15 min 507 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 1 milyon 25 min 790-na bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 639 min 463, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 386 min 327 nəfərdir.