Azərbaycan Voleybol Federasiyasının İdman zalında 2006-2007 təvəllüdlü qızlar arasında Bakı birinciliyinə start verilib

13 noyabr 2019-cu il tarixində Azərbaycan Voleybol Federasiyasının İdman zalında 2006-2007 təvəllüdlü qızlar arasında Bakı birinciliyinə start verilib. Bakı İdman İdarəsi və Azərbaycan Voleybol Federasiyasının birgə keçirdiyi yarışda 6 komanda(UGİM, Xətai, Azərreyl 1, Azərreyl 2, Abşeron, Azəri) iştirak edib. Birincilik dairəvi sistem üzrə keçirilir. Yarışın ilk günündə Azərreyl 1 komandası Azərreyl 2-ni, Azəri komandası isə Xətaini 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, ən çox xal qazanan komanda Bakı birincisi olacaq.

Növbəti oyun vaxtı:

16.11.2019

13:00. Azəri – Azərreyl 1

14:00. Xətai – Azərreyl 2